Düzgün vanna qəbul etmək yalnız sağlamlaşdırmır, həmçinin əzələ tonusunu aradan qaldırır.  Mümkün sağlamlıq problemlərindən qaçmaq üçün düzgün vanna qəbul etməyi öyrənmək vacibdir.

Yadda saxlayın ki, sabun dərini qurudub, qabıq verməsinə səbəb ola bilər. Vanna qəbul edərkən duş üçün geldən istifadə etmək daha yaxşı olardı, çünki o sabundan daha yumşaq təsir göstərir.

Vannada qaynar sudan istifadə etməyin. Yaxşı olar ki, isti vanna qəbul etdikdən sonra sərin duş alasınız.  Bu genişlənmiş məsamələri daraltmağa və dərini susuzlaşmadan qorumağa yardım edir.  Kontrast duş qəbul etməklə sizin dəriniz elastik olacaq və qan damarlarınız möhkəmlənəcək.

Xüsusən su qaynardırsa, vannaya dərhal girməyin.  Ürək xəstəliklərindən, yüksək qan təziqindən və diabetdən əziyyət çəkən adamlara isti vanna qəbul etmək olmaz.

Bütün bədəni soyuq su ilə dolu vannaya salmaq məsləhət deyil. Ürək hissənizin sudan yuxarıda qalması çox vacibdir. Qızdırmanız olanda vanna qəbul etməyin. Əks halda, xəstəliyin simptomlarını kəskinləşdirə bilərsiniz.

Yemək yedikdən dərhal sonra vanna qəbul etmək də məsləhət görülmür. Yemək yeməzdən iki saat əvvəl və ya sonra vanna qəbul etmək məsləhət görülür.

Suya girmiş dərinin şişməsi və quruması səbəbindən hər gün vanna qəbul etmək məsləhət görülmür.  Belə düşünülür ki,  ən yaxşı variant həftədə iki dəfə qəbul etməkdir.

Suya sakitləşdirici təbii cövhərlər əlavə edə bilərsiniz. Cövhərlər damotu, pişikotu və cökə əsaslı ola bilər.  Ətirli efir yağlarını suya tökmək lazım deyil, çünki onlar asanlıqla suyun üzərinə qalxır və suya qarışmır.

Vannanı su ilə doldurmazdan qabaq, onu xüsusi vasitələrlə təmizləmək lazımdır.

Vanna qəbul etdikdən sonra dərinizə sakitləşdirici lasyon və ya krem çəkin, sonra yatağa gedin və yorğanla örtünün. Yataqda ən azı 10 dəqiqə qalmalısınız.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here